Onların hamısı buraxılış məntəqələrində... - Vaqif Əsədovdan etibarnamə müddəti bitən sürücülərə ÇAĞIRIŞ
Avtomobil Dünyası Hər Şeydən Bir Az

“Onların hamısı buraxılış məntəqələrində…” – Vaqif Əsədovdan etibarnamə müddəti bitən sürücülərə ÇAĞIRIŞ

“Etibarnamə müddəti bitən sürücülər
yoxlama buraxılış məntəqələrində saxlanılacaq”.

1Arada.az xəbər verir ki, bu barədə Yenicag.az-a açıqlama verən Bakı Şəhər Baş Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov etibarnamə müddəti bitən sürücüləri xəbərdar edib:

“Avtomobili idarə etmək üçün verilən etibarnamənin müddəti bitibsə, o zaman karantin qaydalarına uyğun olaraq,
hərəkət üçün icazə alınmalıdır. Vətəndaş vəkalətnaməni vermək hüququna malik olan Notariat kontoruna getməli və qanunvericilikdə nəzərdə tutulan qaydalar əsasında məsələni həll etməlidir”.

Bununla belə bölmə rəisi zərurət olmadığı halda sürücülərin hərəkətini qeyri-məqbul sayıb və onları karantin qaydalarına əməl etməyə çağırıb:

“Burdan avtomobil idarə edən bütün vətəndaşlara səslənib, deyirəm ki, yalnız zərurət yarandığı halda avtomobildən istifadə etmək lazımdır; xəstəsi varsa, yaxın qohumunun dəfninə gedirsə …

Ərzaq, çörək almaq üçün icazə alıb, yaxınlıqdakı mağazaya piyada da getmək olar. Əgər zərurət yoxdursa, vətəndaşlar evdə qalıb, karantin rejiminə əməl etsinlər, özlərinin və ətrafdakıların sağlamlığını qorusunlar. Karantin bitəndən sonra, etibarnamələrini yeniləyə bilərlər”.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir