Ölüm diaqnozu qoyulan azərbaycanlı uşaq Türkiyədə xilas edildi — FOTO
Tibbi Xəbərlər

Ölüm diaqnozu qoyulan azərbaycanlı uşaq Türkiyədə xilas edildi — FOTO

Nadir xəstəliklərdən olan Niman-Pikdən (toplanma xəstəliyi) əziyyət çəkən və Türkiyədə əməliyyat olunan 13 yaşlı azərbaycanlı Dəniz Hümbətovun səhhətində irəliləyiş var.

1Arada.az qafqazinfo-ya istinadən xəbər verir ki, dünyanın bir çox ölkəsində ölüm diaqnozu qoyulan yeniyetmənin həyatı professor Ümid Özçelik tərəfindən orqan transplantasiyası əməliyyatı ilə xilas edilib.

Anadangəlmə Niman-Pik xəstəliyi olan Dənizə bu diaqnoz 1 yaşında qoyulub. Həkimlərin 13 il 6 ay ömür vəd etdiyi Dəniz dünyanın bir çox həkimlərinin müayinəsində olub. Vəziyyəti getdikcə pisləşən və süni nəfəs aparatına qoşulan oğlanda ağciyər, qaraciyər və dalaq problemləri yaranmağa başlasa da, həkimlərin heç biri əməliyyata razı olmayıb.

Azərbaycanlı ailə son ümid kimi İstanbulda özəl xəstəxanalardan birinə müraciət edib. Dünyada cəmi 9 uşaqda tapılan bu genetik xəstəlikdən indiyədək qurtulan olmayıb. Ailəsi son şans olaraq Özçeliyin Dənizi əməliyyat etməsinə razılıq veriblər. Qaraciyər köçürülən və dalağı götürülən Dəniz səhhətinə qovuşub.

2015-ci ilədək Niman-Pik xəstəliyi üçün orqan köçürülməsi uyğun hesab edilməsə də, Dəniz əməliyyatla ölümdən xilas edilən ilk uşaq olub. Artıq 3 aydır süni nəfəs aparatından istifadə etməyən oğlan yaşıdları kimi normal həyata qayıdıb.

Ana Aidə Hümbətova oğlunun xəstəliyini öyrəndikdən sonra 12 ildir üzünün gülmədiyini, ancaq İstanbuldakı həkimlərin sayəsində ailəvi olaraq sevindiklərini bildirib. O, insanları uşaqlar ölməsin deyə orqan bağışlamağa da çağırıb.

Qeyd edək ki, Niman-Pik xəstəliyi zamanı sfinqomielaza fermentinin defisiti nəticəsində hüceyrələrdə sfinqolipidlərin toplanması müşahidə olunur və çox vaxt korluğa, karlığa, ölümə gətirib çıxarır.

Onu da bildirək ki, Dəniz Hümbətov Aprel şəhidi Təbriz Musazadənin həyat yoldaşı Pərişan Musazadənin qardaşıdır.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir