Ölkəyə qanunsuz dərman gətirənlər yaxalandı - Foto
Hər Şeydən Bir Az

Ölkəyə qanunsuz dərman gətirənlər yaxalandı – Foto

Külli miqdarda dərman preparatlarını ölkəyə qanunsuz gətirməyə cəhdin qarşısı alınıb.  

DGK-dan 1Arada.az-a verilən məlumata görə, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olmuş məlumat əsasında Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “BMW 523” markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib. 

Yoxlama zamanı, nəqliyyat vasitəsinin mühərrikinin arxa hissəsindəki və ön sağ, sol oturacaqlarının arxasındakı örtüyün arasındakı boşluqlardan gömrük nəzarətindən gizlədilmiş 680 ampula, 7840 ədəd həb və kapsuldan ibarət müxtəlif adda dərman preparatları aşkarlanıb. 

Faktla bağlı araşdırma aparılır. 

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir