Niyə koronavirus zamanı dad və iybilmə qabiliyyəti itir - Alimlər cavab tapdılar
Redaktorun Seçimi Xəstəliklər

Niyə koronavirus zamanı dad və iybilmə qabiliyyəti itir? – Alimlər cavab tapdılar

İngiltərəli alimlərin araşdırması nəticəsində koronavirusun beyinin dad və iybilmə neyronlarını məhv etdiyi məlum olub. Alimlərin bildirdiklərinə görə, bu əlamət yalnız covid-19 infeksiyası təsirindən deyil həm də digər xəstəliklər məsələn sinusit zamanı da meydana çıxır.

Bu zaman insanlar iyi sadəcə burunları tıxalı olduğu üçün iy molekullarının reseptorlara çatmaması səbəbindən iy və dad hiss etmirlər. Amma covid-19 infeksiyası zamanı burun tıxanıqlığı olmur, insan normal nəfəs alır amma iyləri hiss etmir. Xəstələrin burun boşluğunun kompüter tomoqrafiyası zamanı müəyyən edilib ki, burunun iy hiss edən selikli qişası seliklə bloklanıb. Buna baxmayaraq burun boşluğu normal görünür ona görə də xəstə nəfəs çətinliyi yaşamır. Bunun səbəbi isə virusun membranının təşkil edən zülal nəfəs borusunun üzərində yerləşən reseptorlara birləşir və onların daxilinə iltihabı prosesə səbəb olur.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir