Nazirlikdən növbəti tədris ili ilə bağlı tapşırıq- Sentyabrın 15-dən...
Təhsil

Nazirlikdən növbəti tədris İli İlə bağlı TAPŞIRIQ

Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın iştirakı ilə “Ümumi təhsil sahəsində 2019-2020-ci tədris ilinin yekunu və növbəti tədris ilinə hazırlıq” mövzusunda virtual müşavirə keçirilib.

Müşavirədə Nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsi, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin əməkdaşları, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və yerli təhsili idarəetmə orqanlarının rəhbərləri iştirak ediblər.

1Arada.az Qlobal.net-ə istinadən xəbər verir ki, M.Vəliyeva çıxış edərək 2019-2020-ci tədris ilində əldə edilmiş uğurlar, pandemiyanın təsiri və ona qarşı atılan addımlar haqqında məlumat verib.

Nazir müavini həmçinin qarşıdan gələn tədris ili ilə bağlı müvafiq tapşırıqları diqqətə çatdırıb.

Sentyabrın 15-dən dərslərin başlanması haqqında dəqiq məlumat yoxdur.

Bu vəziyyətlə bağlı qərar veriləcək.

Sonra çıxış edən Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu növbəti tədris ilinə hazırlıq, mövcud vəziyyətin yarada biləcəyi çətinliklər və ona qarşı görüləcək tədbirlər haqqında dünya təcrübəsindən danışıb.

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin əməkdaşı Fidan Nəcəfova “Virtual məktəb” layihəsi üzrə yay aylarında nəzərdə tutulan fəaliyyətlərdən, layihənin müəllim və şagirdlər üçün yaratdığı imkanlardan söz açıb.

Sonda müşavirə iştirakçılarının sualları cavablandırılıb, həmçinin yay tətili ərzində müxtəlif mövzulu virtual müşavirələrin keçirilməsi qərara alınıb.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir