Nazirlikdən HAVA XƏBƏRDARLIĞI - Əlverişsiz OLACAQ
Hər Şeydən Bir Az

Nazirlikdən HAVA XƏBƏRDARLIĞI – Əlverişsiz OLACAQ

Mayın 17-də gözlənilən hava şəraiti açıqlanıb.

1Arada.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 18-20° isti olacaq. Bakıda gecə 16-18° isti, gündüz 18-20° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək – 756 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Hava meteohəssas insanlar üçün əsasən əlverişsiz olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 12-16° isti olacaq.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir