Naxçıvanda koronavirusa yoluxanların sayı açıqlandı
Tibbi Xəbərlər

Naxçıvanda koronavirusa yoluxanların sayı açıqlandı

“Gündəlik təqdim edilən rəqəmlərin içərisində Naxçıvan Muxtar Respublikasının göstəriciləri də olur”.

1Arada.az xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O qeyd edib ki, bu günə qədər orada 104 koronavirusa yoluxma faktı qeydə alınıb, 4 nəfərin müalicəsi hazırda davam edir.

TƏBİB sədri əlavə edib ki, bu günə qədər qeydə alınan xəstələr arasında hamilə qadınlar da olub:

“Onların arasında bir sıra riskli hamiləliyi olan qadınlar da var idi. Onlardan da ağırlaşma olan xəstə olmayıb”.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir