Nə qədər gec deyil plastik çömçələri tullayın - Səbəbi
Hər Şeydən Bir Az

Nə qədər gec deyil plastik çömçələri tullayın – Səbəbi

Alimlər xəbərdarlıq edirlər ki, plastik nə qədər də keyfiyyətli və davamlı görünsə belə, ondan istifadə zamanı diqqətli olmaq lazımdır. Çünki onların mətbəxdə işlədilməsi hazırladığınız yeməklərdə və dolayısı ilə də orqanizminizdə zərərli maddələrin toplanmasına gətirib çıxaracaq.
1Arada.az bildirir ki, problem əksər mətbəx qaşıqlarının, cömçələrinin tərkibində olan oligomer molekulları 70 dərəcədə və daha yüksək temperaturda qidaya sızmasındadır. Kiçik dozalarda bu maddələr təhlükəsizdir, ancaq bədənə nə qədər çox düşsələr, qaraciyər və tiroid xəstəlikləri, sonsuzluq və hətta xərçəngə belə gətirib çıxara bilər.
Bir sözlə, ürəkaçan mənzərə deyil.
Bu barədə Alman alimləri mövzuya dair yeni bir hesabatla çıxış edərək bildiriblər ki, bir çox plastik mətbəx əşyaları qaynar suya dözə biləcək qədər güclü materialdan hazırlanmasına baxmayaraq, zaman keçdikcə plastik korlanır. Bu isə sağlamlıq üçün zərərli maddələrin isti qidaya keçməsi deməkdir.
Məlumatlara əsasən oliqomer maddəsinin hətta oxşar quruluşa malik olan analoqları da sağlamlıq üçün təhlükə saçır. Bildirilir ki, 90 mikrogram oliqomerin 60 kq ağırlığında olan insan sağlamlığına təhlükə yaratmaq üçün kifayət edir. Eyni zamanda, plastikdən hazırlanmış 33 mətbəx cihazının sınağı göstərdi ki, onlardan 10% -i oliqomerləri daha çox miqdarda yayır.
Əgər sizin plastik mətbəx əşyalarınız metaldan hazırlanan əşyalara çevirmək imkanınız varsa, o zaman vaxt itirmədən bunu edin.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir