Müəllimlərin DİQQƏTİNƏ - mayın 4-dən etibarən...
Hər Şeydən Bir Az Təhsil

Müəllimlərin DİQQƏTİNƏ: mayın 4-dən etibarən…

Mayın 4-dən etibarən respublikanın ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə onlayn müsahibələr keçiriləcək.

1Arada.az bildirir ki, Təhsil Nazirliyindənverilən məlumata görə, onlayn müsahibələrdə iştirak etmək üçün aprelin 29-dan namizədlərin şəxsi səhifələrinə məlumat yerləşdiriləcək.

Namizədlər təlimatla tanış olaraq 1 may saat 24:00-dək müsahibədə iştiraklarını təsdiq etməlidirlər. Müsahibədə iştirakı təsdiq etmək üçün şəxsi səhifəyə əlavə edilmiş hissəyə elektron ünvan daxil edilməlidir. Məhz həmin elektron ünvana göndərilmiş keçid linki vasitəsilə namizəd videozəngə qoşulacaq. Bundan sonra hər bir namizədin şəxsi səhifəsinə müsahibənin keçirilmə tarixi barədə məlumat göndəriləcək.

Müsahibələrdə ilkin olaraq Bakı şəhərinin ümumi təhsil müəssisələrində müddətli müqavilə əsasında çalışan müəllimlər iştirak edəcək. Digər rayon və şəhərlərdə müddətli əmək müqaviləsi əsasında çalışan müəllimlərin də onlayn müsahibələrdə iştirakına şərait yaradılacaq. publika.az

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir