Müəllimlərə günün mühüm xəbəri - QƏRAR DƏYİŞDİ
Hər Şeydən Bir Az Təhsil

Müəllimlərə günün mühüm xəbəri : QƏRAR DƏYİŞDİ

“Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişikliklər edilib.

1Arada.az Axeber.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmanla gənc ailənin üzvü olan, ən azı 3 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olacaqlar. İndiyə qədər bu müddət 5 il idi.

Eyni zamanda qaydalara edilən əlavəyə əsasən, ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olacaq. İndiyədək qanunvericilikdə bununla bağlı müddəa yox idi.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir