Mirzə Xəzər vəfat etdi
Hər Şeydən Bir Az Məşhurlar

Mirzə Xəzər vəfat etdi

Tanınmış jurnalist Mirzə Xəzər vəfat edib.

Bu barədə 1Arada.aza Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu məlumat verib.

Jurnalist 73 yaşında Almaniyada dünyasını dəyişib.

Xatırlatma: 1947-ci ildə anadan olan M.Xəzər 1973-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirib. 1974-cü ilin yanvar ayınadək Sumqayıtda vəkil işləyib. 1974-cü ilin iyun ayında SSRİ-ni tərk edib, İsrailə mühacirət edib. 1975-ci ildə İsraildə Tel-Əviv Universitetinin SSRİ-dən gəlmiş hüquqşunaslar üçün açılan xüsusi kurslarında oxuyub. 1975-1976-cı illərdə İsrail ordusunda xidmət edib. O, 1976-1985-ci illərdə Azadlıq radiosunun Azərbaycan bölməsində baş redaktorun müavini işləyib. 1985-ci ilin oktyabr ayında ABŞa köçmüşdür. 1985-1987 Vaşinqtonda Amerikanın Səsi radiostansiyasının Azərbaycan bölməsinin müdiri işləmişdir. 1987-ci ilin fevral ayında Almaniyanın Münxen şəhərinə qayıtmış və 1987-2003-cü illər ərzində Azadlıq radiosunun Azərbaycan redaksiyasının direktoru vəzifəsində işləyib. 2005-ci ilin dekabr ayından 2010-cu ilədək Mirzə Xəzərin “Mirzə Xəzərin Səsi” İnternet Radiosu efirə çıxıb. O, indiyədək Almaniyada yaşayıb.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir