Milli Məclisdən 190 manatla bağlı YENİ TƏKLİF – İyun ayında
Hər Şeydən Bir Az

Milli Məclisdən 190 manatla bağlı YENİ TƏKLİF – İyun ayında …

“Aidiyyətli qurumlar 190 manatlıq birdəfəlik ödənişin iyun ayında da verilməsini nəzərə alsın”.

1Arada.az “report”a istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli çıxış edib.

“Bu məsələnin həll olunması vacibdir. Həmçinin ölkədə işsizlərlə bağlı statistikanın dəqiqləşdirilməsinə də ehtiyac var. 190 manatlıq birdəfəlik ödəniş əvvəlcə 200 min adama, daha sonra isə 600 min adama şamil edildi.

Amma bu da son rəqəm deyil. Ona görə də təklif edirəm ki, statistika yenidən işlənib hazırlansın”, – deyə o qeyd edib.

Deputat həmçinin regionlarda yeni iş yerlərinin yaradılmasını da təklif edib.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir