Meteoritlərin tərkibindən şəkər çıxdı
Hər Şeydən Bir Az

Meteoritlərin tərkibindən şəkər çıxdı

Astrobioloqlar ibtidai meteorit-xondritlərdə bir neçə mürəkkəb şəkərin, o cümlədən genetik informasiyanın əsas komponentlərindən olan ribozanı aşkarlayıblar. 

1Arada.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı “Proceedings of the National Academy of Sciences” jurnalında məqalə dərc olunub.

“Meteoritlər ilkin Yer üçün orqaniklərin daşıyıcıları rolunu oynaya bilərdilər. Bu səbəbdən səma cismlərində şəkərin aşkarlanması və onların planetimizə düşdüyü halda yaşaması ehtimalı onu göstərir ki, belə molekullar Yerdə, həmçinin, başqa planetlərdə RNT molekullarının və digər biopolimerlərin yaranmasında iştirak edə bilərdilər”, – araşdırmaçılar bildiriblər.

Yaponiyalı alimlər müxtəlif meteoritlərdə dəfələrlə şəkər müəyyən etdiklərini bildiriblər. Lakin yekunda həmişə ixtiraçıların metodoloji səhv buraxdığı məlum olub.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir