Mayın 4-də tədris prosesi birdəfəlik açılmayacaq - Kamran Əsədov
Hər Şeydən Bir Az Təhsil

“Mayın 4-də tədris prosesi birdəfəlik açılmayacaq” – Kamran Əsədov

Karantin rejimi qaydaları ilə bağlı yeni tarixin açıqlamasından sonra ictimaiyyəti düşündürən əsas məsələlərdən biri tədris prosesinin necə və nə vaxt bərpa olunacağıdır.

Buna səbəb sosial şəbəkələrdə mart və aprel aylarında yaranmış dərs boşluğunun yay aylarında doldurulacağına dair məlumatların yayılmasıdır.

1Arada.az xəbər verir ki, təhsil üzrə ekspert Kamran Əsədov Baku.tv-yə bildirib ki, may ayının 4-də tədris prosesi birdəfəlik olaraq açılmayacaq:

“Bu, mərhələli şəkildə həyata keçiriləcək. İlk olaraq yuxarı sinif şagirdlərinin dərsləri bərpa olunacaq. Çünki bu il onların buraxılış və qəbul imtahanları var. Tədris prosesinin yay aylarında davam etdirilməsi ilə bağlı yayılan məlumata gəldikdə, bununla bağlı hələlik heç bir rəsmi qərar qəbul olunmayıb. Amma yeni dərs ilinin sentyabrda yox, daha tez başlaması istisna olunmur”.

K.Əsədovun sözlərinə görə, Azərbaycanda iyul ayında tədris nəzərdə tutulmur:

“Ola bilsin ki, növbəti tədris ilinin başlanması sentyabrın 15-də yox, avqustun 15-də həyata keçirilsin. Amma bu, bütün gün yox, səhər saat 8-dən 10-a qədər olan müddətdə baş tutsun”.

Ekspert qeyd edib ki, Azərbaycanda iyulda və avqust ayının ilk 15 günündə orta tempratur 40-45 dərəcə olur. Bu da şagirdlərdə günvurma kimi hallara səbəb ola bilər.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir