Məktəblilər Və Tələbələrə Şad Xəbər – Yeni Xidmət
Hər Şeydən Bir Az

Məktəblilər və tələbələrə şad xəbər – Yeni xidmət

Bakı Nəqliyyat Agentliyi (BNA) məktəblər tıxacın qarşısını almaq üçün layihə icra edəcək.

1Arada.az report-a istinadla xəbər verir ki, bu barədə BNA-nın rəsmi nümayəndəsi Coşqun Məmmədov “AVTO FM” radiosunun efirində bildirib.

Onun sözlərinə görə, şagirdlərin valideynləri tərəfindən şəxsi nəqliyyat vasitələri ilə məktəblərə gətirilməsi və parklanma qaydalarına riayət edilməməsi kimi səbəblər məktəblərin qarşısında tıxacların yaranmasına səbəb olur: “Biz beynəlxalq təcrübəyə müraciət etsək görərik ki, nəqliyyat sahəsində inkişaf etmiş ölkələrdə “School Bus” deyilən anlayış var. Bu, şəhərin müəyyən nöqtələrindən tələbələrin və şagirdlərin yığılaraq təhsil ocaqlarına çatdırılmasına xidmət edir. BNA “School Bus” layihəsinin Azərbaycanda tətbiqi ilə bağlı layihə üzərində işləyir və Təhsil Nazirliyi ilə əməkdaşlıq edirik. Artıq bu istiqamətdə marşrutlar və marşrut xətlərinin hansı ərazilərdən keçməsi müəyyənləşdirmək üzrədir”.

C.Məmmədov qeyd edib ki, layihənin böyük hissəsi görülüb. 

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir