Məktəblərdə tənəffüs vaxtı zəng çalınmayacaq
Təhsil

Məktəblərdə tənəffüs vaxtı zəng çalınmayacaq

Məktəblərdə tənəffüs zamanı ənənəvi qaydada zəng çalınmayacaq.

1Arada.az APA-ya istinadən xəbər verir ki, bu barədə Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə, rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan təhsil müəssisələrinə ünvanladığı məktubda bildirilib.

Qeyd edilib ki, tənəffüs zamanı dəhlizlərdə və həyətyanı sahədə şagird sıxlığını azaltmaq məqsədilə ənənəvi qaydada zəng çalınmayacaq. Tənəffüslərin vaxtı hər bir sinif üçün növbəli qrafiklə tənzimlənəcək. Hər bir müəllim dərsini bitirdikdə bütün şagirdlərin sinfi tərk edərək tənəffüsə çıxmasına ciddi nəzarət etməlidir.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir