“Lider” TV-nin müflis elan edilməsi üçün nazirliyə müraciət edildi
Maraqlı Məlumatlar

“Lider” TV-nin müflis elan edilməsi üçün nazirliyə müraciət edildi

Bir müddət öncə işçilərinin əksəriyyətini məcburi məzuniyyətə göndərən və işdən çıxaran “Lider” televiziyasının müflis elan olunması üçün rəsmi prosedurlara başlanılıb.

1Arada.az-ın verdiyi xəbərə görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi “Lider Tv və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə “Lider Tv və Radio-Azərbaycan” MMC-yə qarşı iddia qaldırıb.

Nazirliyin müraciətinə iyunun 8-i saat 11:00-da Bakı Kommersiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, Lider TV-nin rəhbəri Ədalət Əliyevdir.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir