Leonardo Da Vinçi
Hər Şeydən Bir Az Maraqlı Məlumatlar Məşhurlar

Leonardo Da Vinçi

Dünyaca məşhur olsa Leonardo da Vinçinin bilinməyən tərəfləri də az deyil. O, 1452-ci ildə Florensiyada dünyaya gəlib. Da Vinçi Piero dövrünün rəssamı, heykəltəraş, mühəndis, filosof və riyaziyyatçısı kimi renesans tarixinin ən görkəmli şəxsiyyəti sayılır. Özü kimi solaxay olan Napaleon, Eynşteyn, Nyuton kimi dahilərdən fərqli olaraq o, eyni anda həm yaza, həm də rəsm çəkə bilirdi. Rəssam kimi daha çox tanınsa da dövrümüzə qədər çatan yalnız 15 rəsm əsəri var. Onlardan ən məşhurunun isə “Mona Liza” əsəri olduğunubilməyən yoxdur. Bu portretlə bağlı hələ də sirli qalan xeyli məqam var. Onu yanından heç ayırmayan, bütün səyahətlərə özüylə bərabər daşıyan Da Vinçi imza atmaq üçün Mona Lizanın sağ gözünün bəbəyini seçib. 1911-ci ilə qədər isə dünya Mona Lizanı bugünkü qədər tanımırdı. Onun məşhurluğuna səbəb isə Parisdəki Luvr muzeyindən oğurlanması oldu. Hazırda muzeydə nümayiş olunan əsərin orjinal tablo olub olmadığına dair şaiyələr hələ də gəzir.
Leanardo Da Vinçinin rəssamlıqda bu qədər mahir olmağı heç də təsadüf deyil. O, insan anatomiyasını ən yaxşı şəkildə tətqiq etmək üçün ölü insanların bədənini açır, damarların dəri altında düzülüşünü analiz edir və bu sayədə reallığa ən yaxın ideal görüntünü əldə etməyə çalışırdı. Onun bu tətdiqatları təkcə rəssamlığa deyil, anatomiyaya da xidmət edirdi. Dəfələrlə körpənin ana bətnində yerləşməsinə dair analizləri üçün təziqlərə məruz qalan Da Vinçinin əldə etdiyi məlumatlar, illər sonra da tibbə öz töhfəsini verəcəkdi. 1508- ci ildə kompakt linza fikrini ortaya atması isə bunun sübutdur.
Onun qeydlərindəki qəribəlik isə yazını sağdan sola və tərs yazmağı idi. Buna görə də rəssamın yazdıqlarını yalnız güzgü vasitəsilə oxumaq mümkündür. Səmanın niyə mavi olduğunu ilk dəfə açıqlayan, suyun nəqledilməsiylə bağlı layihələr hazırlayan, quşların uçarkən iki ayrı hərəkət xətti çəkdiklərini müşahidə edərək paraşütün, helikopterin, təyyarələrin uçuş planını hazırlamaqla Da Vinçi insanları öz biliyindən məhrum etməyən dahi bir şəxsiyyət olub.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

One Reply to “Leonardo Da Vinçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir