Koronaviruslu Azərbaycanlı Ana Dünyaya Sağlam Körpə Gətirdi
Hər Şeydən Bir Az Qadın Uşaq Kişi Tibbi Xəbərlər

Koronaviruslu azərbaycanlı ana dünyaya sağlam körpə gətirdi

Qərbi Azərbaycan Əyalətinin Poldəşt şəhərində koronavirusa yoluxmuş qadın sağlam körpə dünyaya gətirib.
1Arada.az bildirir ki, bu barədə Poldəşt Səhiyyə İdarəsinin rəisi Aydın Rəhimzadə Cahandari “Araz səsi” saytına məlumat verib.
“Martın 23-də Poldəştin İmam Xəstəxanasında koronavirusa yoluxmuş bir ana sağlam uşaq dünyaya gətirib. Qadın xəstə olduğu üçün həkimlər və tibb bacıları ona xüsusi diqqət yetirib. Müayinə zamanı yeni doğulmuş uşaqda koronavirusa rast gəlinməyib.”- deyə o bildirib.
Yeni doğulan körpənin ailəsinə təhvil verdiyini bildirən Aydın Rəhimzadə Cahandar koronavirus daşıyıcısı olan ananın müalicə almaq üçün Xoy şəhərinə göndərildiyini qeyd edib.
Poldəşt Səhiyyə İdarəsinin rəisi hal-hazırda Poldəşt şəhərində 3 nəfərin koronavirusa yoluxduğunu diqqətə çatdırıb. (Qaynarinfo)

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir