Koronavirusla bağlı ŞAD XƏBƏR
Xəstəliklər

Koronavirusla bağlı ŞAD XƏBƏR — “Artıq 7-10 günə…”

“Koronavirus nəinki əvvəlki simptomlarını itirib, həmçinin ağırlaşmaları günü-gündən itir”.

1Arada.az-ın big.az-a istinadən verdiyi xəbərə görə, bu sözləri həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu özünün “İnstagram” səhifəsində yazıb.

Onun sözlərinə əsasən, əvvələr 2-4 həftəyə müalicə olunan korona pnevmoniyası artıq 7-10 günə müalicə olunur.

“Sağalanlara elə gəlir ki, ağciyərləri həmişə “patoloji” vəziyyətdə qalacaq, heç vaxt xəstəlik keçirən ağciyərlər tam düzəlməyəcək. Əsla, tam yanlışdır”, deyən həkim digər bakterial və virus pnevmoniyası xəstələrinin sağalıb yaxşı olduqları, normal həyata qayıtdıqları kimi, koronavirus xəstələrinin də tam sağaldıqlarını bildirib.

O, insanları panikaya düşməməyə çağırıb.

Dr. Eldaroğlu bronx yollarını gücləndirən, öskürəyi kəsən və ağciyərlərin reabilitasiyasına kömək edən təbii məhsulun reseptini də təqdim edib. Mütəxəssisin tövsiyəsinə əsasən, keçibuynuzu meyvəsi dəmləməsi və Bronxbal məcun hər biri gündə iki dəfə daxilə qəbul edilir:

“İki keçibuynuzu meyvəsi doğranır, 500 ml-də dəmlənir və alınmış məhlul iki dəfə yeməkdən öncə daxilə qəbul edilir. Bronxbal məcun bir çay qaşığı olmaqla iki dəfə yeməkdən sonra daxilə qəbul edilir”.

Bu təbii dərman immun sistemini gücləndirir və bronxspazmı aradan götürdüyü üçün ağciyərlərin oksigenlə zənginləşməsini təmin edir.

Koronavirusla bağlı ŞADXƏBƏR: "Artıq 7-10 günə..."
1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir