Koronavirusdan sağalanların ağciyərlərində elə şeylər tapıldı ki...
Hər Şeydən Bir Az Tibbi Xəbərlər

Koronavirusdan sağalanların ağciyərlərində elə şeylər tapıldı ki…

Yeni tip koronavirusdan sağalan xəstələrin ağciyərlərində maye və yad cisimlərlə dolu kisələr aşkarlanıb.

1Arada.az xəbər verir ki, bu tapıntı çinli alimlərin araşdırmaları nəticəsində ortaya çıxıb.

Uhan Universiteti Zonqnam Xəstəxanasının elm adamları 140 koronavirus xəstəsi üzərində analiz aparıb. Nəticədə bir xəstənin ağciyərində buzlu şüşəyə bənzər maddələr tapılıb. Bu tapıntıların orqanlarda daimi zədə yaratdığı bildirilib.

Honkonqda 12 xəstəlikdən sağalan şəxs üzərində aparılan kiçikmiqyaslı araşdırma nəticəsində məlum olub ki, koronavirus ağciyərdə fünksiyaların azalmasına səbəb olur. Şahzadə Marqaret Xəstəxnası Yoluxucu Xəstəliklər Mərkəzinin tibb direktoru Oven Tsanq Tak Yin bəzi xəstələrin ciyərində sağaldıqdan sonra 20-30% zədə qaldığını bildirib.

Qeyd edək ki, koronavirus aşağı və yuxarı tənəffüs yollarını zədələyir və buna görə quru öskürək, tənəffüs çatışmazlığı və pnevmoniyaya səbəb olur. (publika.az)

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir