Koronavirusa hər hansı insanın immuniteti yoxdur - Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi
Tibbi Xəbərlər

“Koronavirusa hər hansı insanın immuniteti yoxdur” – Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi

Təşvişə düşmək lazım deyil, ehtiyatlı olmaq lazımdır.

1Arada.az Milli.Az-a istinadən xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı İctimai Televiziyada yayımlanan “Diqqət mərkəzi” verilişində söyləyib.

“Bu xəstəlik bütün ölkələrdə yayılacaq. Koronavirusun hansısa ölkədə aşkarlanmaması həmin yerdə bu virusun olmaması və olmayacağı mənasına gəlmir. Çünki bu virusa hər hansı insanın immuniteti yoxdur. Hansı ölkənin səhiyyə sistemləri zəifdirsə, bu ölkələr virusu daha gec aşkarlayacaqlar və ya ümumiyyətlə, aşkarlamayacaqlar.”

Hande Harmancı özünü narahat hiss edən şəxslərə virusu başqalarına yoluxdurmamaq üçün digər ölkələrə getməməyi tövsiyə edib.

“Bu virus keçəcək. İnsanların həyatları davam edəcək. Amma iqtisadiyyatın şiddətli şəkildə zərər görməməsi çox önəmlidir”.

ÜST nümayəndəsinin dediyinə görə, yaxın bir neçə həftə ərzində virusun yayılma dərəcəsi artsa da, istilərin gəlməsi ilə əlaqədar olaraq virusun öləcəyi ehtimal edilir.

“Maskanı tibb işçiləri və xəstə şəxslər taxmalıdırlar”, – deyə Hande Harmancı xəstəlikdən qorunma ilə bağlı fikrini yekunlaşdırarkən söyləyib.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir