Koronavirus YOX OLUR - Şad xəbər dünyaya ELAN EDİLDİ
Xəstəliklər

Koronavirus YOX OLUR – Şad xəbər dünyaya ELAN EDİLDİ

Bir neçə gün əvvəl ABŞ və İngiltərənin 400 milyon ədəd koronavirus vaksini sifariş etməsindən sonra bu dəfə Avropa Birliyi ölkələri eyni addımı atıb.


1Arada.az xəbər verir ki, Avropa Birliyinin aparıcı ölkələri olan Almaniya, Fransa, İtaliya və Holandiya İngiltərənin “AstraZeneca” dərman istehsalı şirkətinə 400 milyon ampula vaksin sifariş verib. Bununla da birlik ökələrinin əhalisinin virusdan tam qorunması və ittifaq daxilində sərbəst hərəkəti planlaşdırılır.

Almaniyanın səhiyyə naziri Jens Spahn əczaçılıq şirkəti ilə bağladıqları müqavilənin Avropa ölkələrinin marağına xidmət etdiyini deyib.

“AstraZeneca”-nın CEO-su Paskal Soriot isə Avropadakı tədarük və təchizat şəbəkələrinin vaksinin sürətlə itehsalına və yayılmasına imkan verdiyini və bu işi yüksək səviyyədə reallaşdırcaqlarını deyib. O, əlavə edib ki, Avropa Birliyi üçün istehsal ediləcək vaksinlərə görə gəlir əldə etməyəcəklər.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir