Koronavirus testi nədir, nə vaxt olunur, necə alınır – Analiz barədə 5 cavab
Tibbi Xəbərlər

Koronavirus testi nədir, nə vaxt olunur, necə alınır? – Analiz barədə 5 cavab

Koronavirus xüsusi testlərlə təsdiq olunur. Hazırda cavabları 1-2 günə çıxan test növləri var.
Hansı simptomlarda bu testi etdirməyə getmək lazımdır, test necə aparılır?

1Arada.az Medicina.az-a istinadən koronavirus testi barədə 5 vacib suala cavabı təqdim edir.


1. Hansı simptomlar zamanı test vacib olur? Qripə bənzər simptomlar: hərarət qalxır, dərman qəbul etdikdən bir az sonra yenə artır, boğaz, sinə ağrısı. burun axması, öskürək, ağciyərlərdə küy, döş qəfəsində nəfəs alarkən ağırlıq, bəzi hallarda ürəkbulanma, diareya, qarın ağrısı, halsızlıq. Bu virus üçün əsas xarakterik əlamət tənəffüsün çətinləşməsi və pozulmasıdır. Bu halda harasa baş götürüb qaçmaq lazım deyil, sadəcə qaynar xətt və 103 təcili yardıma zəng edib, həkimigözləyin.

2. Test neçə dəqiqə çəkir? Prosedur özü bir neçə dəqiqə çəkir. Nəticə isə 1-2 gün ərzində hazır olur. Düzdür, digər ölkələrdə daha tez müddətli analizlər çıxıb, amma bizdə 1-2 gün nəticəli testlərdir.

3. Analiz nədən götürülür? Ekpress test üçün, yəni 1 sutkaya cavab almaq üçün qan, sidik və burundan yaxma analizi alınır.

4. Test nəticəsi müsbət çıxsa nə olacaq?Testin müsbət, pozitiv olması o deməkdir ki, virus var. O zaman həmin insan xəstə hesab edilir, xüsusi xəstəxanaya yerləşdirilir, onunla fiziki kontaktda olan hər kəs-ailəsindən tutmuş iş yoldaşlarına kimi hər kəs karantinə alınır. Onların hamısında test aparılmır, əgər xəstəlik simptomları görünmürsə. Sadəcə 2 həftə təcrid olunurlar ki, başqa adamlarla təmas olmasın.

5. Testin nəticələri açıqlanırmı, yoxsa gizli saxlanılır? Koronavirusun kimdə müsbət çıxması ictimaiyyətə açıqlanmır, sizdən cavabların açıqlanması üçün xəstədən heç bir razılıq ərizəsi də alınmır. Bu, bir pasiyent sirridir. Amma bunu xəstənin açıqlaması da qadağan olunmur.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir