Koronavirus pandemiya elan edildi
Hər Şeydən Bir Az Tibbi Xəbərlər

Koronavirus pandemiya elan edildi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni tip koronavirusu (Covid-19) pandemiya olaraq elan edib.

1Arada.az CNN Türk-ə istinadən xəbər verir ki, bu barədə ÜST-ün direktoru Tedros Adhanom Qebreyesus açıqlama verib.

O deyib ki, 2 həftə ərzində virusun yayıldığı ölkələrin sayı 3 dəfə artıb:

“Pandemiya yumşaq və diqqətdən kənarda saxlanılacaq bir söz deyil. Yanlış istifadə edilərsə, məntiqsiz qorxuya və ölümə səbəb olan bir sözdür”.

Qeyd edək ki, koronavirus hazırda 114 ölkədə yayılıb. Ümumilikdə 118 min 381 nəfər bu virusa yoluxub və 4292 nəfər ölüb.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir