Koronavirus nədir
Hər Şeydən Bir Az Tibbi Xəbərlər

Koronavirus nədir?

Koronavirus nədir?
İlk olaraq bu zoonosis (heyvanlardan insanlara və əksinə ötürülə bilən bir yoluxucu xəstəlik)infeksiyasıdır. Yəni onların təbii rezervuarı heyvanlardır: palma gülləri, yarasa və hətta, kobralardır (gözlüklü zəhərli ilan). Koronaviruslar məhz, bu səbəbdən yüksək mutasiya tezliyinə malik olub, dəyişkən ola bilir və insanlar üçün patogen olur.
1Arada.az xəbər verir ki, həkimlərin rəyinə əsasən bu virusa yoluxanların sağalma ehtimalı insanın immun sistemindən asılıdır. Belə ki, virusa yoluxma nəticəsində ölən insanların sağlamlığında problem və əsasən zəif immun sistemi olduqları qeydə alınıb. Xəstəliyin gizli dövrü ortalama 14 günə qədərdir.
Virus, orqanizmə düşdükdə ilk olaraq ağ ciyərlərə hücum edir, 2019-nCoV- sətəlcəmə(ciyər iltihabı) səbəb olur. Ciyərlərdə çoxalaraq bronxlar və alveolları məhv edir. Nəticədə insan zamanla nəfəsalmada problem yaşayır və oksigen çatışmazlığından həlak olur.

📌Bu virusa necə yoluxmaq mümkündür?
1. Xəstə insanla bilavasitə əlaqə, asqırma və öskürək zamanı damcı yolu ilə.
2. Xəstə insanın şəxsi əşyaları və qab/qaşığı ilə kontakt.
3. Kirli əllərlə gözlərə toxunmaq.
4. Heyvan mənşəli məhsulun çiy və ya kifayət qədər bişirilməmiş qəbulu.

Xəstəliyin əlamətləri:
– yüksək hərarət/qızdırma
– öskürək
– təngənəfəslik
– bəzi hallarda qusma və ishal

📌Yeni koronavirus səbəbindən yayılan xəstəliyin artmasına əngəl olmaq üçün Ümumdünya Səhiyyə Təşkilatı insanları aşağıda göstərilən məsləhətlərə əməl etməyə çağırır:

– əlləri tez-tez spirt əsaslı antiseptik vasitələr, sabun və su ilə yumaq/təmizləmək;
– öskürmə və asqırma zamanı ağzı və burunu əl və ya salfetlə bağlamaq;
– dərhal o salfeti atmaq və əlləri yumaq;
– kəskin respirator virus infesiyalı insanlarla təmasda olmamaq(öskürək, asqırma və qızdırma) ;
– çiy və ya az bişmiş heyvan mənşəli yeməklərdən imtina etmək.

Xəstəliyin müalicəsi üçün xüsusi dərman preparatı və qorunmaq üçün peyvənd hələ ki yoxdur.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir