Koronavirus bu ölkəyə də yayıldı
Hər Şeydən Bir Az

Koronavirus bu ölkəyə də yayıldı

Koronavirus epidemiyasına saymazyana münasibəti ilə seçilən yeganə ölkə kimi gündəmə düşən Belarus da, deyəsən, yavaş-yavaş bu istiqamətdə fəaliyyət göstərməyə başlayır.
1Arada.az Sfera.az-a istinadən xəbər verir ki, kənd təsərrüfatı ilə bağlı tədbirlərin birində ölkə prezidenti koronavirusdan danışıb.
Bildirilir ki, Aleksandr Lukaşenko təhsil naziri ilə müşavirədən sonra tətil müddətini bir həftə uzatmaq qərarına gəldiyini deyib.
Bundan başqa, biznesə dəstək üçün təkliflər hazırlanmasını tapşırıb. Onun sözlərinə görə, “daxılı sındırmağın vaxtıdır”.
Bununla belə, hələ ki, kütləvi tədbirlərin keçirilməsi qadağan edilməyib.
Xatırladaq ki, Belarus Prezidenti Aleksandr Lukaşenko koronavirusun qarşısını almaq üçün ölkə olaraq hər hansı tədbir görməyə ehtiyac olmadığını deyib.
“Olur belə şeylər. Əsas olan təşvişə düşməməkdir!” – deyə, Lukaşenko bildirmişdi.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir