Koronavirus barədə ilk xəbər verən həkim ölüb
Tibbi Xəbərlər

Koronavirus barədə ilk xəbər verən həkim ölüb

Çində koronavirusun yeni növü barədə ilk məlumat verən həkim Li Venliyan virusdan ölüb.

1Arada.az İnterAz-a istinadən xəbər verir ki, ixtisasca oftalmoloq olan 33 yaşlı həkim müalicə aldığı Uhan şəhərindəki Mərkəzi Xəstəxanada dünyasını dəyişib.

Li Venliyan ötən il dekabrın 30-da “Wechat” messencerindəki qruplardan birində həkim həmkarlarına Uhan Mərkəzi Xəstəxanasında 7 nəfərin SARS-a oxşar virusa yoluxduğu barədə məlumat yazıb. Xəbər dərhal internetdə yayılıb və böyük narahatlığa səbəb olub.

Növbəti gün Li və digər 7 həkim polisə çağırılıb və onlara yalan məlumat yaydıqlarına görə xəbərdarlıq edilib.

Yanvarın 11-də isə həkimdə koronavirusun ilkin əlamətləri olan öskürək və qızdırma müşahidə olunmağa başlayıb. Sonuncu paylaşımında o koronavirusa yoluxduğunu yazıb.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir