“Koronavirus 4 Mərhələdən Ibarətdir, Ən Təhlükəli 9-Cu Gündür” – Pulmonoloq Akademik
Hər Şeydən Bir Az

“Koronavirus 4 mərhələdən ibarətdir, ən təhlükəli 9-cu gündür” – Pulmonoloq akademik

“Əgər koronavirusa yoluxma və xəstəlik bu səviyyədə davam edərsə, o zaman may-iyun ayında atipik pnevmoniya həddi kəskin azala bilər”.
1Arada.az medicina.az-a istinadən bildirir ki, bu sözləri Rusiyanın məşhur pulmonoloqu (ağciyərlər üzrə həkim), akademik Aleksandr Çuçalin bildirib.

O, xəstəliyin 4 mərhələdə keçə biləcəyini də açıqlayıb:

“Birinci əlamət zökəmdir, yəni burun tutulması. Çünki virus birinci yuxarı tənəffüs yollarının epitelial hüceyrələrini zədələyir. Mütləq koronavirus burunu qıcıqlandıracaq. Daha sonra boğaz epitelialına keçir. Boğazda quruluq, qıcıqlanma, yanma hissi, öskürək. Üçüncü mərhələdə traxeya, bronxlar, xırda bronxiollara doğru irəliləyir. Bronxiallara çatmaq artıq insan üçün təhlükədir.

Virusun təbiəti belədir. Qan analizində leykositlər, trombositlər yüksəlir, daha dözümlü olan limfositlər isə düşür.

Xəstəliyin birinci mərhələsi – Virusemiyadır. Sadəcə burun axması, zökəm və başqa heç nə. Bu müddət 6-9 gün çəkə bilər.

Əgər yoluxma koronavirusdursa, o zaman 9cu gündən 14-cü günə kimi vəziyyət birdən dəyişir. Bu zaman virus-bakterial pnevmoniya qoşulur. Virus ağciyər alveollarını doldurur, ordakı bakteriyalar da prosesə qoşur.

İnsanın aşağı, yəni ən belə deyək dibdə olan tənəffüs yolları ən steril hissədir. Ona görə virusun o hissəyə çatması ağır nəticələr verir”.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir