Karantindən Sonra Edilməli Olan 7 Vacib Əməl
Hər Şeydən Bir Az Qadın Uşaq Kişi Redaktorun Seçimi

Karantindən Sonra Edilməli Olan 7 Vacib Əməl

XXI əsr insanının ən böyük problemi vaxtdır. Balacadan böyüyə hər kəs vaxtın çatışmazlığından şikayətlənir.

Son günlər baş verən hadisələr isə sanki dünyanın sürətini yavaşlatdı. İnsanlara çoxdan fərqində olmadıqları məqamları xatırlatdı. Çoxumuza aydın oldu ki, həyat standartlarımızı yüksəltmək uğrunda mübarizədə ən birinci elə özümüzə məğlub oluruq. Çünki doğmalarımıza laqeydlik qədər, özümüzə də laqeyd yanaşırıq. Arzularımızı, məqsədlərimizi, istəklərimizi bəlli olmayan sabahlara, günlərə, həftələrə ertələyir və günlərin bir günü artıq çox gec olan zamanda göz açıb təəssüflə keçmişə boylanırıq.

Evdə qalıb, qaça-qaç həyat tərzinə ara verib dərin bir nəfəs aldıqdan sonra düşünənlər anladılar ki, həyatda ən dəyərli olan münasibətlərdir. Elə buna görə də həmin insanlar karantin müddəti bitər bitməz həyatlarına qaldıqları yerdən deyil, tam fərqli bir bucaqdan başlayacaqlar. Elə isə biz 1Arada.az olaraq sizə karantindən sonra edilməli olan 7 vacib əməli təqdim edirik.

1. Doğmaları və yaxınları qucaqlamaq
Əgər həyatınızda bərk-bərk qucaqlamaq istədiyiniz biri varsa sizdən xoşbəxti yoxdur. Yoluxmaq və yoluxdurmaq qorxusu bizi sevgimizi göstərməkdən də məhrum etdi. Amma pozitiv düşünün, həyatımızdakı insanların dəyərini anladıq. Darıxdıq və insanlarla sevgini bölüşməyin nə qədər vacib olduğunu dərk etdik. Bu isə hələ hər şey deyil. Çünki sevgi paylaşdıqca çoxlan məfhumdur. Deməli ilk olaraq bundan başlamaq lazımdır. Məsələn, nənə, babalara baş çəkə, nahar və ya şam yeməyi təşkil edib valideynlərimizi dəvət edə bilərik.

2. Dostlarla görüşmək
Müasir texnologiya bunun üçün bizə müxtəlif yollar təklif edir. Amma “Zoom” vasitəsilə keçirilən görüşlər dostların birinin evində və ya restoranda yığışmaq kimi canlı ünsiyyət və həyəcan yaşatmır. Növbəti görüşü indidən planlaya bilərsiniz. Xüsusi hazırlığa gərək yoxdur vacib olan bir araya gəlib dərdləşmək, əylənməkdir.

3. Sevdiyiniz yerlərə gedib, sevdiyiniz ritualları təkrarlayın
Demək olar ki, sevdiyimiz şeylərdən məhrum qalmışıq. Bir neçə ay öncə dəniz kənarında etdiyimiz gəzintinin həsrətində ola biləcəyimiz heç ağlımıza da gəlməzdi. Əhvalınızı pozmayın. Əksinə həyatın daha çox fərqində olmağa çalışın. Karantin rejimi bitər bitməz ən sevdiyiniz kitabı, ən sevdiyiniz yerdə oxuyun. Qarşısından keçdiyiniz, heç vaxt girmədiyiniz kafedə sevdiyiniz bir təamın dadına baxın. Çoxdan getmək istəyib vaxt tapmadığınız ölkəyə getməyin ən optimal yollarını araşdırın. Sevdiyiniz işlərlə məşğul olub arzularınızı xatirəyə çevirin.

4. Öncəki həyat ritmini bərpa etmək
Bəli ani təcrid bütün bioritmimizi, planlarımızı və gündəlik qaydalarımızı nəzərə çarpacaq dərəcədə dəyişdirdi. Doğrudur ilk dövrdə faydası da az olmadı. Özümüzə, hobbimizə daha çox vaxt ayırdıq. Amma zaman keçdikcə monotonluq bizi bezdirməyə başladı. Karantin bitər bitməz cansıxıntısının verdiyi bu hisslərlə işə başlamaq sürətli başlanğıc kimi sürətli yorulmaya da səbəb ola bilər. Odur ki, orta xətti gözləmək mütləqdir.

5. Piknik etmək
İtirilmiş fürsətləri əldə etmək üçün dostlarla vaxt keçirməyin başqa bir yolu da var. Təbiət bunun üçün bizə onlarla seçim təqdim edir. Bir çay qırağı, göl ətrafı, meşəyə və ya bir yay evinə getmək, ləzzətli yemək hazırlamaq və təbiətdən zövq almaq.

6. İdman zalına getmək
Karantin müddətində hərəkətsizlikdən və artıq çəkidən şikayətlənməyən çox az dost-tanış tapmaq olar. Hətta müşahidələrə əsasən demək olar ki, evdə qaldığımız müddətdə hər bir adam orta hesabla 2-3 kq kökəlib. Karantin sonrası artıq çəkidən xilas olmaq üçün əsl vaxtdır.

7. Üstünlükləri təyin etmək
Bu müddətdə hər kəsin həyatı haqqında düşünməyə, özünü analiz etməyə xeyli vaxtı oldu. Elə isə deməli xeyli planlar qurub, qərarlar vermisiniz. Başlamaq üçünsə təkcə karantinin bitməsi yox həm də sizin cəsarətinizi toplayıb, qərar verib addım atmanız lazımdır. Arzuların həyata keçməsinin tək yolu budur.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir