Gözəllik və Dəb Qadın Uşaq Kişi

Kapron corablar haqda bilmədiklərimiz


Zərif bir xanımın qarderobunu onun gözəlliyinə gözəllik qatan incə kapron corablarsız təsəvvür etmək olmaz. Çox çeşidli, rəngli bir o qədər də kaprizli. Elə biz xanımlar kimi. Amma necə ki, bütün şıltaqlıqlarına rəğmən kişilər qadınlarsız yaşaya bilmir, eləcə də zərif cinsin nümayəndələri həyatlarını bu aksessuarsız təsəvvür etmirlər.

1arada.az sizə qadınların sevimli geyimi olan kapron corablar haqda bir sıra maraqlı məlumatlar verir:

Nə qədər sevimli əşyaları da olsa xanımların əksəriyyəti neylon corabların necə icad olunmasından xəbərdar deyil. Hələ bu fikrin kişiyə məxsus olduğunu çox az adam bilir. Ötən əsrin 30- cu illərində Du Pont neylon materialı kəşf etməklə əsl inqilaba səbəb oldu. Cəmi 10 il sonrasa neylon corabların kütləvi istehsalı başladı. Zaman və dəb onları ölçüsünə də təsirsiz ötüşmədi. 60-cı illərdə qısa ətəklərin dəbə gəlməsi ilə müasir neylon kolqotkalar yarandı.

İndi isə keçək əsas məsələyə: bəzən heç istifadə etmədən əlimizdəcə süzülən corablar dövrü bitdi. Onların davamlı olması üçün sizə unikal bir üsul təqdim edirik. İstifadədən 1 gün öncə təzə corabınızı isti su ilə yuyub 3-4 saat ərzində soyuducuda saxlayın. Və könül rahatlığı ilə sevimli kolqotkanızı geyinə bilərsiniz.

Təbii ki, neylon corabları bütün fəsillərdə istifadə etmək olar. Sadəcə düzgün seçim etməniz vacibdir. Belə ki, bütün dünyada neylon materialın ölçü vahidi den hesab olunur. Burada sapın qalınlığı və elastikliyi nəzərdə tutulur. 5-10 den ölçülü corablar daha çox yayada və ziyafət geyimləri ilə istifadə olunur. Payız mövsümündə 20-30 den kolqotkaları seçməlisiz. 40 den olan kolqotkaların yuxarı hissəsi qalın olduğundan bud və baldırı daha incə göstərir. Əgər varikoz-damar xəstəliklərindən əziyyət çəkirsizsə seçiminiz 40-80 den neylonlar olmalıdır. Belə təyinatlı corabların qutusunda şəkillərlə müəyyən təyinatlar da göstərilir. Bədən ölçülərinin kiçik görünməsini istəyən xanımlar isə 180 den kolqotqalara üstünlük verməlidirlər.

İndi isə keçək qarderobumuzun ən incə sakininin seçiminə. Xanımların əksəriyyəti rəng seçimində günəşdən qaralan dəri effekti yaratmaq istəyirlər. Bu yanlışdır. Bəs nə etməlisiz? Çox asan dəri rənginiz bütün sualların cavabıdır. Ən ideal forma dərinizə uyğun rəngi seçmənizdir. Bundan başqa bir ton açıq və ya tünd rənglərdə də qərarlaşa bilərsiz. Gündəlik istifadə üçün parıltısız materiala üstünlük versəz daha təbii və şık görünəcəksiniz.

Rəşad Əliyev

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir