Kəmaləddin Heydərovun avtomobili ağır QƏZAYA DÜŞDÜ
Hər Şeydən Bir Az

Kəmaləddin Heydərovun avtomobili ağır QƏZAYA DÜŞDÜ

Bu gün günorta saatlarında Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun xidməti maşını  qəzaya düşüb.

1Arada.az xəbər verir ki, Qazet.az-a daxil olan məlumata görə, hadisə zamanı nazir Heydərov özü də avtomobildə olub.

Avtoqəzada iştirak edən digər maşının markası “Maserati” imiş. Bildirilir ki, mühafizəçilər dərhal naziri başqa bir maşına əyləşdirərək hadisə yerindən uzaqlaşdırıblar. Qısa zamanda nazirliyin avtomobili alovlanıb.

Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır. 

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir