İyunun ilk günü üçün hava proqnozu açıqlanıb
Maraqlı Məlumatlar

İyunun ilk günü üçün hava proqnozu açıqlanıb

Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 25-29, Bakıda gecə 17-19, gündüz 27-29 dərəcə isti təşkil edəcək.

İyunun 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

Milli Hidrometeorologiya Xidmətindən 1Arada.az-a bildirilib ki, səhər bəzi yerlərdə duman olacaq, arabir güclənən şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz  25-29, Bakıda gecə 17-19, gündüz  27-29 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 757 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz  40-45  faiz olacaq.   

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər  bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacaq.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir