İyun ayında işsiz vətəndaşlar 190 manat ala biləcək
Hər Şeydən Bir Az

İyun ayında işsiz vətəndaşlar 190 manat ala biləcək? – RƏSMİ AÇIQLAMA – EKSKLÜZİV

Artıq aprel ayı üçün işsiz və aztəminatlı vətəndaşlara dövlət tərəfindən birdəfəlik yardım (190 manat) edilib.

Məlumata görə, may ayı üçün də ödənişlərin bir qismi həyata keçirilib. 1Arada.az-ın məlumatına görə Qazet.az-ın suallarını cavablandıran Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov bildirir ki, may ayı üçün 300 min nəfər birdəfəlik yardım (190 manat) ödənilib. Proses davam edir.

“Aprel ayının ödənişi tam yekunlaşıb. May ayının ödənişi də artıq 300 min nəfərə ödənilib. Bu, 2 aylıq müddətdə pandemiya dövründə dövlətin işsiz vətəndaşlara, bu dövrdə işini itirən vətəndaşlara, aztəminatlı vətəndaşlara qayğısını əks etdirən sosial dəstək tədbiridir”, – deyə Fazil Talıbov bildirir.

190 manat yardım alanları maraqlandıran əsas sual isə növbəti ay üçün də bu ödənişlərin həyata keçirilib-keçirilməyəcəyidir.

“Növbəti ay üçün proses nəzərdə tutulmayıb. Hökümətin qərarından asılı olacaq məsələdir”, – nazirliyin sözçüsü qeyd edib.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir