İsti havalar virusu yox edəcəkmi... - Həkimlərdən açıqlama
Hər Şeydən Bir Az

İsti havalar virusu yox edəcəkmi… – Həkimlərdən açıqlama

ABŞ-da aparılan bəzi araşdırmalar təsdiq edib ki, havanın temperaturu ilə koronavirusun yayılma sürəti arasında əlaqə var. Bu vaxtlar illik temperaturun 25-27 dərəcə arasında olduğu ölkələrdə – Malayziya, Sinqapur, Honq-Konqda yoluxma sayının az olması belə düşünməyə əsas verib. Bəs bu hal Türkiyə və Azərbaycanda da seyr ediləcəkmi?

1Arada.az Haber.com-a istinadən xəbər verir ki, türkiyəli mütəxəssislər bu məsələdə təmkinli davranaraq sosial izolyasiyanın və karantin qaydalarına əməl etmənin önəmini vurğulayıblar.

Tibbi meteoroloq, professor Orxan Şen belə araşdırmaların olduğunu təsdiq edərək söyləyib ki, “gün işığı virusu öldürür” demək də yanlış olardı. “Söhbət yalnız yayılma sürətinin azalmasından gedə bilər. Virus 4-11 dərəcə temperaturda daha sürətlə yayılır. Mayın sonu və iyun ayının əvvəllərində Türkiyə və Azərbaycanda orta temperatur 26 dərəcə olacaq. Virusun yayılma sürətinin necə dəyişdiyini o zaman aydın görəcəyik. Temperatur nə olursa olsun , hələlik qaydalara ciddi əməl etməliyik”,- deyə doktor qeyd edib.

Professor Levent Akın da qeyd edib ki, rahatlanmaq üçün hələ tezdir. Vətəndaşlar havanın istiləşməsini əsas götürərək “virus bitdi” kimi yanlış düşüncələrə qapılmasınlar, dövlətin verdiyi xəbərlərə inanmaq lazımdır.

Doktor Levent Yamanel də havaların isinməsi ilə virusun azalacağını düşündüyünü qeyd etsə də, vurğulayıb ki, bu yeni bir virus olduğu üçün öncədən yüz faizlik zəmanət vermək imkansızdır.

Doktor Teffik Özlü isə bildirib ki, virusun yayılmasına isti, nəm UV şüaları da təsir edir. “Bu faktorlar virusun olduğu səth üzərində qalma zamanına da təsir edir. “İsti varsa, virus yoxdur” demək böyük xəta olar, qaydlara əməl etməyə davam!”,- deyə bildirib.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir