İri ticarət mərkəzləri və İctimai nəqliyyat qadağası İlə bağlı AÇIQLAMA
Hər Şeydən Bir Az

İri ticarət mərkəzləri və İctimai nəqliyyat qadağası İlə bağlı AÇIQLAMA

Hər həftə karantin qaydalarında yumşalmalara gedilir. Bu həftə də yumşalmaların olması gözlənilir. Bu həftə şənbə-bazar günləri ictimai nəqliyyat və iri ticarət mərkəzləri fəaliyyətini bərpa edəcək?

1Arada.az Sonxeber.az-a istinadla xəbər verir ki, bununla bağlı Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl danışıb.

O bildirib ki, bununla bağlı qərarı Operativ Qərargah verir:

“İctimai nəqliyyatın şənbə-bazar günləri açılması heç bir fəsadı olmayacaq. Bu məsələdə Operativ Qərargah öz planı üzrə gedir. Heç kimi də dinləmir. Karantinin uzadılması Azərbaycanda yoluxma dinamikasından asılıdır.

Əgər yoluxanların sayında azalma davam edərsə, karantin qaydalarında yumşalma davam edəcək. Lakin yoluxma dinamikası artarsa, yenidən sərtləşməyə gedilə bilər. Yaxın günlərdə iri ticarət mərkəzlərinin açılacağını düşünmürəm. Ümumilikdə isə pandemiyanın 3-4 il davam edəcəyi gözlənilir”.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir