İranın Səhiyyə Naziri Kömək Istədi
Hər Şeydən Bir Az

İranın səhiyyə naziri kömək istədi

İranın səhiyyə, müalicə və tibbi təhsil naziri hökumətdən koronavirusla mübarizə məqsədilə 250 milyon avro vəsaitin ayrılmasını istəyib. Bu, İranın səhiyyə, müalicə və tibbi təhsil naziri və İranın Koronavirusla Mübarizə Milli Komitəsinin sədri Səid Nəməkinin İran prezidenti Həsən Ruhaniyə ünvanladığı məktubda öz əksini tapıb. 

1Arada.az bu barədə SİA-a istinadən məlumat verir.

S.Nəməkinin sözlərinə görə, təxminən 20 min çarpayı və tibb işçisi üçün tibbi geyim, maska və tibbi ləvazimata təcili ehtiyac var.

Nəməki əlavə edib ki, cari İran ilində (21 mart 2019-dan başlayaraq) payız fəslində H1N1 qripinin yayıldığı vaxtda və digər sahələrə (yaz fəslində baş verən sel və daşqınlara görə) 600 milyon avro vəsait ayrılmışdı.

İranlı nazir bildirib ki, Çində yeni koronavirusun yayılması ilə bir ay öncədən həmin vəsaitin (600 milyon avro) əsas hissəsi ilə bu virusla əlaqədar dərman preparatlarını idxalına sərf olunub.

Qeyd edək ki, İran Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi ötən günədək (16 mart) 14 991 nəfərin yeni koronavirusa yoluxduğunu, 853 nəfərin öldüyünü, 4 996 nəfərin sağaldığını təsdiqləyib.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir