İrandan qorxunc xəbər rəsmən təsdiqləndi Koronovirus bütün ölkəni bürüdü
Tibbi Xəbərlər

İrandan qorxunc xəbər rəsmən təsdiqləndi: Koronovirus bütün ölkəni bürüdü

İran prezidenti Həsən Ruhani ölkəsində tüğyan edən koronavirusdan danışıb.

Oxu24.com  “Reuters”ə istinadən xəbər verir ki, Həsən Ruhani koronavirusun İranın, demək olar ki, bütün bölgələrinə keçdiyini açıqlayıb.

O, ölkəsinin ən qısa müddətdə və ən az itkilərlə bu böhranın öhdəsindən gələcəyini bildirib.

Qeyd edək ki, İran səhiyyə nazirinin müavini Əlirza Rəisi ölkədə koronavirusdan ölənlərin sayının 77 nəfərə çatdığını bildirib.

Onun sözlərinə görə, daha 835 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 2 336 nəfərə çatıb. Bu günədək 435 nəfər isə koronavirusdan sağalıb.

Ölkənin sənaye, mədən və ticarət naziri Rza Rəhmani, səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar və sabiq ədliyyə naziri Mustafa Purməhəmmədi də daxil olmaqla 23 deputat koronavirusa yoluxub.

Bundan başqa, İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi və İran Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi koronavirusdan ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 81 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 93 574-ə çatıb. Bunların 51 066 nəfəri sağalıb, 3 204 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub. 

Koronavirusla əlaqədar Çindən sonra ən çox itki verən İranda çəkilən kadrlar ölkədəki vəziyyətin ağır olduğunu göstərir.

Görüntülər Qum şəhərində xəstəxanaların birində qeydə alınıb.

Kadrlarda döşəmədə və masaların üzərində onlarla cəsəd görünür. Videonun müəllifi koronavirusdan ölən adamlar üçün yer tapılmadığını və meyitlərin xəstəxanalarda yığılıb qaldığını bildirib. O, İran hökumətinin koronavirusla bağlı rəqəmləri gizlətdiyini vurğulayıb.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir