İrandan qayıdan azərbaycanlının halı pisləşdi - Karantinə alındı
Hər Şeydən Bir Az

İrandan qayıdan azərbaycanlının halı pisləşdi – Karantinə alındı

İrandan yeni qayıdan Ağdaş sakini xəstəxanaya yerləşdirilib.

1Arada.az APA-ya istinadən xəbər verir ki, Abad kənd sakini olan həmin şəxs qonşu ölkədən bir neçə gün əvvəl qayıdıb.
Ağdaşda mərkəzi bazarın önündə halı pisləşən həmin şəxs yaxındakı şəxsin köməyi ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
TƏBİB-dən APA-nın sorğusuna verilən cavabda məlumatı təsdiqləyiblər. Məlumatda qeyd olunur ki, İranda olduğunu bildirən həmin şəxs karantinə alınıb:
“Hazırda onun temperaturu normaldır. Ümumi halsızlığı və gözlərində konyuktivit var. Müayinələr davam edir”.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir