İrandan qayıdan 4 nəfərdə koronavirus aşkarlanıb
Hər Şeydən Bir Az

İrandan qayıdan 4 nəfərdə koronavirus aşkarlanıb

1Arada.az bildirir ki, Bəhreyndə koronavirusa ilk yoluxma halı qeydə alınıb. Həmin şəxs İrandan qayıdıb. Bundan başqa, İranın Məşhəd şəhərini ziyarət edən və Küveytə qayıdan 3 nəfərdə koronavirusa yoluxma halı aşkarlanıb.

Bu barədə “Haber7” məlumat yayıb. Bildirilir ki, Küveyt Səhiyyə Nazirliyi virusa yoluxan üç nəfərdən birinin Səudiyyə Ərəbistanı, digərinin Küveyt vətəndaşı olduğunu bildirib. Üçüncü şəxsin kimliyi açıqlanmır.

Səudiyyə Ərəbistanı infeksiyaya yoluxan vətəndaşının tam sağalana qədər Küveytdə qalacağını bəyan edib.
İraq Küveytin istəyi ilə Səfvan sərhəd keçid məntəqəsini bağlayıb. Küveyt Limanlar Qurumu isə  randan gələn gəmilərin ölkəyə girişinə qadağa qoyub.

Qeyd edək ki, İranda bu günə qədər virusa 43 yoluxma halı qeydə alınıb. “Haber7”nin son məlumatlara əsasən, ölənlərin sayının 12 olduğu açıqlanıb. Yoluxma Qum şəhərindən başlayıb.

Həkimlərin dediyinə görə, yoluxanların əksəriyyəti ya şəhər sakinləridir, ya da ora gediblər. /oxu.az

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir