İranda həyat bərpa olundu
Hər Şeydən Bir Az

İranda həyat bərpa olundu

Martın sonlarında İranda koronavirusla bağlı vəziyyət o qədər pis idi ki, bütün həyat iflic olmuşdu.

Şəhərlər qapadılmışdı, insanlara heç bir halda yaşayış yerini tərk etməyə icazə verilmirdi. Amma aprelin ortalarından vəziyyət yaxşılaşmağa başlayıb.

1Arada.az xəbər verir ki, İranda həyat bərpa olunub. İş yerləri açılıb, şəhərlərarası nəqliyyat fəaliyyətə başlayıb. Yaxın günlərdə bütün sahələrdə həyat ənənəvi axarına qayıdacaq.

İranda ilk virus daşıyıcısı fevralın son günlərində qeydə alınmışdı. Sonradan say sürətlə artmağa başlamışdı. İran Səhiyyə Nazirliyi indiyə qədər ölkədə 84 min 802 nəfərin virusa yoluxduğunu, cəmi 5297 vətəndaşın öldüyünü bildirir. Qərb mətbuatı isə zaman-zaman bizim qonşu ölkədə virusdan kütləvi ölümlər haqda yazıb. Hələ ölüm sayı 200-ü yenicə keçəndə İranda azı 2 min nəfərin öldüyü iddiası səslənirdi.

İran Səhiyyə Nazirliyi son sutka ərzində 1294 nəfərin virus testinin müsbət nəticə verdiyini açıqlayıb. Martın 22-dən sonra belə aşağı göstərici qeydə alınmamışdı.

Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, dünyada virusa yoluxanların sayı 2,5 milyonu keçib. Pandemiya 172 mindən çox insanın həyatına son qoyub. Ümumdünya Səhiyyə Təşkilatı azı 659 min nəfərin sağaldığını açıqlayıb.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir