İranda hər 10 dəqiqədə bir nəfər koronavirusdan ölür — DƏHŞƏTLİ STATİSTİKA
Tibbi Xəbərlər

İranda hər 10 dəqiqədə bir nəfər koronavirusdan ölür — DƏHŞƏTLİ STATİSTİKA

İranda bir saat ərzində 50 nəfər koronavirusa yoluxur.

1Arada.az “Anadolu” agentliyinə istinadən  xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cihanpur “Twitter” hesabında paylaşıb:

“İranda hər 10 dəqiqədə bir nəfər koronavirusdan ölür. Bir saatda təxminən 50 insan koronavirusa yoluxur”.

Cihanpur, vətəndaşları Novruz bayramı günlərində  səfər çıxamamalarını və bir-birini ziyarət  etməmək barədə xəbərdarlıq edib.

Tehranda qadın həkim Şirin Ruhanipurd koronavirusdan dünyasını dəyişib.  İranda koronavirusun yayıldığı gündən bəri  virusa yoluxmadan 10 həkim və 4 tibb işçisi dünyasını dəyişib . İndiyədək İranda 1135 nəfər koronavirusdan dünyasını dəyişib.

Xatırladaq ki, İranda koronavirus fevralın 19-da Qum şəhərində aşkar edilib və oradan bütün ölkə ərazisinə yayılıb.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir