İnsanı Stressdən uzaq saxlayan Qidalar
Maraqlı Məlumatlar Xalq Təbabəti

İnsanı Stressdən uzaq saxlayan Qidalar

 Stress, əslində gündəlik həyatın bir hissəsidir. Hazırda bir çox insan ağır stress yükünə sahibdir. Həyatımızdakı müsbət yaxud mənfi baş verən bütün zehni dəyişikliklər stressli vəziyyətlərdən qaynaqlanır. Hər gün şahid olduğumuz anlaşılmazlıqlar və konfliktlər mütəmadi şəkildə stress yaşamamıza səbəb olur. İnsan bacardıqca stressdən uzaq durmalıdır. Bu işdə bəzi qidalar bizim köməyimizə gəlirlər.

1Arada.az bildirir ki, bu qidaları qəbul edin və stressdən uzaq olun.

1.Portağal

Portagalın tərkibində bol miqdarda C vitamini var. İmmun sisteminə müsbət təsir etməklə yanaşı portağal kortizol adlı hormonun miqdarını azaldır. Kortizol isə stress vəziyyəti zamanı ifraz olunur. Onun artıq miqdarda olması orqanizmə zərər verir. Odur ki, əla antistress meyvə olan  portağalı süfrənizdən və menyunuzdan əksik etməyin.

2. Yaşıl çay

Yaşıl çay depressiyaya vurulan əsl zərbədir. Onun belə imkanları kimyəvi tərkibi ilə izah olunur. Yaşıl çayın tərkibində xüsusi amin  turşusu olan tianin adlı maddə var. Məhz tianin sinir gərginliyini, əsəbiliyi azaltmağa qadirdir. Eyni zamanda yaşıl çayda bol miqdarda C vitaminin olması onun antioksidant təsirinə malik olmasından xəbər verir. Məlum olub ki, mütəmadi yaşıl çay içən insanlarda yorğunluq aradan qalxır, əzələlərin gərginliyi azalır. Əhval ruhiyyə yüksəlir.

3.Banan

Bananda serotonindən əlavə B6 vitamini var ki, o da əhvalı yaxşılaşdırır. Bananda həmçinin alkaloid maddəsi də mövcuddur ki, bu da eyforiya hissi yaradır. Bu meyvəni xroniki yorğunluq və depressiv vəziyyətdə olarkən bol-bol yeyin ki, əhvalınız düzəlsin!

4.Şokolad

Belə bir deyim var ki, şokolad yeyərkən əhval-ruhiyyə düzəlir. Uzun illər buna mif kimi baxırdılar. Son illərdə isə bu fikrin doğru olduğu sübut olunub. Şokolad kakao toxumlarından hazırlanır. Bu toxumlarda isə çoxlu miqdarda xoşbəxtlik hormonu olan serotonin var. Həmçinin də kakao toxumlarında çoxlu maqnezium maddəsi var ki, o da stressi azaldır. Amma bütün bunlar yalnız qara şokolada aiddir. Odur ki, əhvalım qalxsin deyə hər əlinizə keçən şokoladı deyil, gün ərzində 40 -50 qr qara şokolad  yeyin.

Pendir

Pendirin tərkibində yaxşı əhval ruhiyyənin yaradıcısı olan tiamin, triktamin adlı maddələr var. Əhvalı yaxşılaşdırmaq pendirin istənilən növünün bacardığı işdir. Pendirin sərt növləri ümumi vəziyyəti yaxşılaşdırır , stresi azaldır, insanı sakitləşdirir. Mosarella yuxunu normallaşdırır.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir