İmtahanlar bu qayda ilə keçiriləcək - Şərtlər
Redaktorun Seçimi Təhsil

İmtahanlar bu qayda ilə keçiriləcək – Şərtlər

Dövlət İmtarah Mərkəzi Nazirlər kabinetinin yanında operativ gərərgahın tələb və tövsiyələrini nəzərə almaqla koronavirus (covid-19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün görülən tədbirlərə uyğun olaraq imtahanları xüsusi sosial izolyasiya qaydalarına riayət etməklə təşkil edir.

1Arada.az bildirir ki, imtahan zamanı aşağıda qeyd edilən qaydalara riayət edilməsi vacibdir:

  • İmtahan binasının həyətində 2 metr sosial məsafə gözlənilməklə işarələnmiş yerlərdə dayanın.
  • İmtahana gələrkən tibbi maskadan istifadə edin.
  • Növbəli şəkildə imtahan binasının giriş qapısına yaxınlaşın.
  • Hərarətiniz xüsusi cihazla ölçüləcək.
  • şəxsiyyəti müəyyənləşdirmək məqsədi ilə üzünüzdəki tibbi maskanı endirin.
  • sənədləriniz yoxlanıldıqdan sonra əllərinizi xüsusi məhlulla dezinfeksiya edin.
  • xüsusi yoxlamadan keçin.
  • imtahan binasının dəhlizində digər iştirakçılarla aranızda 2 metr sosial məsafə saxlayın.
  • sosial izolyasiya qaydalarına uyğun olaraq bir imtahan zalında bir partada bir nəfər olmaqla ən çox 15 nəfər imtahan verə bilər.

Dövlət İmtahan Mərkəzinin hazırladığı videonu sizə təqdim edirik.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir