Hava yenidən dəyişir - XƏBƏRDARLIQ
Hər Şeydən Bir Az

Hava yenidən dəyişir – XƏBƏRDARLIQ

İyulun 27-30-da Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

1Arada.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu iyulun 29-30-da ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.

İyulun 27-28-də Azərbaycanın bəzi şimal və qərb rayonlarında, ayın 29-dan 31-dək isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, küləyin sürəti 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu iyulun 29-30-da ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir