Hava durumu Azərbaycanda qar yağdı
Hər Şeydən Bir Az

Hava durumu: Azərbaycanda qar yağdı

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, oktyabrın 31-i gündüzdən ölkə ərazisində hava şəraiti dəyişib, yağış yağıb, bəzi yerlərdə intensiv və güclü olub, Xınalıq və Şahdağda qar yağıb.

Düşən yağıntının miqdarı Lənkəranda 49, (aylıq normanın 20 faizi), Sarıbaşda (Qax) 38, Zaqatalada 25 (aylıq normanın 25 faizi), Bakıda 17 (aylıq normanın 60 faizi), Qazıməmməddə 16 (aylıq nomranın 52 faizi), Zabratda 14 (aylıq normanın 50 faizi), Binədə 12 (aylıq normanın 43 faizi), Pirallahıda 10 (aylıq normanın 42 faizi), Balakəndə 10, Xaçmaz, Qubada 9, Maştağada 8, Sumqayıtda 4, Ağsu, Şabranda 6, Qəbələ, İsmayıllıda 4, Altıağac, Mərəzədə 3, Sabirabad, Şamaxı, Kürdəmir, Qusar, Qırızda 2, Xaltan, Oğuz, Naftalan, Xınalıq, Tərtər, Yevlax, Göyçay, Zərdab, İmişli, Cəfərxan, Biləsuvar, Yardımlıda 1 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Xınalıqda 1 sm olub.

Hazırda Bakıda havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enib və bu da iqlim norması daxilindədir.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti noyabrın 4-ü gündüzədək davam edəcək .

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir