Həkimlərə ŞAD XƏBƏR - Əməkhaqqları artırılır!
Tibbi Xəbərlər

Həkimlərə ŞAD XƏBƏR – Əməkhaqqları artırılır!

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “”Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi haqqında” Qaydanı təsdiq edib.

Agentlikdən 1Arada.az-a  verilən məlumata görə, qaydaya əsasən tibb işçisinin əmək haqqına tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə (tarif) maaşı, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir.

Səhiyyə işçilərinə əmək şəraitinə görə verilən əlavələr aşağıdakı növlərdən ibarətdir:

  • sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə əlavə;
  • sağlamlıq üçün xüsusilə təhlükəli və xüsusilə ağır olan əmək şəraitinə görə əlavə;
  • insanın immunçatışmazlığı sindromu (QİÇS) və ya insanın immunçatışmazlığı virusu (İİV) ilə əlaqəli əmək şəraitinə görə əlavə;
  • ixtisas dərəcəsinə görə əlavə;
  • fasiləsiz əmək stajına görə əlavə;
  • gecə vaxtı yerinə yetirilən işə görə əlavə;
  • əmək şəraitinin xüsusiyyətlərinə görə əlavə;
  • işin mürəkkəbliyinə, gərginliyinə, yüksək keyfiyyətinə və əməkdə yüksək nəticələrə görə əlavə.

Tibb işçilərinə həvəsləndirici əlavələr vəzifədən və yerinə yetirilən işin xüsusiyyətindən asılı olaraq, sabit və ya xidmətə görə həvəsləndirici əlavə formasında verilir.

Vəzifə öhdəliklərinin xarakterindən və müvafiq həkim ixtisası (vəzifəsi) üzrə pasiyent müraciətinin qeydiyyatı xüsusiyyətləri nəzərə alınaraq, bəzi həkimlərin (ixtisaslar/vəzifələr üzrə) aylıq vəzifə (tarif) maaşına sabit həvəsləndirici əlavələr tətbiq edilir:

İxtisasın/vəzifənin adıHəkimlərin əmək haqlarına tətbiq edilən həvəsləndirici əlavələrin məbləği
Xidmətə görə həvəsləndirici əlavələr hesablanan həkimlərin çalışdığı şöbə (bölmə) müdirləri100 manat
Səhiyyə xidmətlərinin təşkili şöbəsinin həkimləri (həkim-stomatoloq istisna olmaqla)200 manat
Provizor vəzifəsi üzrə çalışan həkimlər260 manat
Ailə həkimi ixtisasları üzrə çalışan həkimlər300 manat
Həkim-laborant ixtisası üzrə çalışan həkimlər340 manat
Həkim-statistik vəzifəsi üzrə çalışan həkimlər
“Ailə Sağlamlıq Mərkəzi” şöbəsinin rəhbəri vəzifəsi üzrə çalışan həkim480 manat
Həkim-reanimatoloq ixtisası üzrə çalışan həkimlər
Qadın məsləhətxanasında və Ailə Sağlamlıq Mərkəzində çalışan həkim mama-ginekoloq
Aptek bölümünün rəhbəri vəzifəsi üzrə çalışan həkim570 manat
*Bundan əlavə, bəzi həkimlərə xidmətə görə həvəsləndirici əlavələr verilir.

Bundan əlavə, həkim ixtisasları/vəzifələri üzrə göstərilən xidmətin ölçülməsi və dəyərləndirilməsi məqsədilə həkimlərə xidmətə görə həvəsləndirici əlavələr verilir. Optimal iş yükünü və iş saatlarını nəzərə alaraq, həkimlərin xidmətlərinin yuxarı kəmiyyət həddi məhdudlaşdırılır və yuxarı kəmiyyət həddini aşaraq göstərilən tibbi xidmətlərə görə əlavələr ödənilmir.

İxtisasın və ya vəzifənin adıYuxarı kəmiyyət həddiİşin nəticələrinə görə aylıq həvəsləndirici əlavələrin məbləği
Terapevtik və pediatrik ixtisaslar üzrə çalışan həkimlərAmbulator fəaliyyət üzrə həkim üçün iş günü həddi:20 nəfər sığortaolunandan yuxarı olmamaq şərtilə həkim müayinəsinin (ixtisaslı həkim baxışı) aparılmasıTətbiq edilən tarifin 7%-i həcmində
Fizioterapiya prosedurunu təyin edən həkim üçün iş günü həddi:Hədd müəyyən olunmurTətbiq edilən tarifin 20%-i həcmində
Stasionar fəaliyyət üzrə hər həkim üçün təqvim ayı həddi:60 nəfər sığortaolunandan yuxarı olmamaq şərtilə həkim təqibinin aparılması10 yatış günündən çox olmamaq şərtilə hər sığortaolunan üzrə 1-5 yatış günü ərzində hər gün üçün 2 manat, 6-10 yatış günü ərzində hər gün üçün 1 manat
Həkim-mama-ginekoloq və bütün cərrahi ixtisaslar üzrə çalışan həkimlərAmbulator fəaliyyət üzrə hər həkim üçün iş günü həddi:20 nəfər sığortaolunandan yuxarı olmamaq şərtilə (əməliyyata göndərilən sığorta olunan pasiyentlər istisna olmaqla) həkim müayinəsinin (ixtisaslı həkim baxışı) aparılmasıİxtisaslı həkim baxışına tətbiq edilən tarifin 7%-i həcmində
Cərrahi prosedurlar üzrə tətbiq edilən tarifin 15%-i həcmində
Stasionar fəaliyyət üzrə hər həkim üçün təqvim ayı həddi:Hədd müəyyən olunmurTətbiq edilən tarifin 15%-i həcmində
Cərrahi ixtisaslar üzrə çalışan asistent həkimlərStasionar fəaliyyət üzrə hər həkim üçün asistent fəaliyyətinə görə təqvim ayı həddi:60 əməliyyatdan yuxarı olmamaq şərtilə sığortaolunana əməliyyatın həyata keçirilməsiTətbiq edilən tarifin 3%-i həcmində
Stasionar fəaliyyət üzrə hər həkim üçün asistent fəaliyyətinə görə təqvim ayı həddi:Sığorta olunan hesab edilməyən şəxslərin əməliyyatı zamanı hədd müəyyən olunmurTətbiq edilən tarifin 3%-i həcmində
Həkim-anestezioloq-reanimatoloq ixtisası üzrə çalışan həkimlərHəkim fəaliyyəti üzrə hər anesteziyaya görə aparılmış əməliyyatlar üçün hədd: Hədd müəyyən olunmurTətbiq edilən tarifin 5%-i həcmində
Neonatologiya bölməsində çalışan həkimlərStasionar fəaliyyət üzrə həkim üçün yeni doğulana görə təqvim ayı həddi:Hədd müəyyən olunmurTətbiq edilən tarifin 7%-i həcmində
Terapevtik və cərrahi ixtisaslar üzrə çalışan həkimlərSığorta olunan hesab edilməyən şəxslərə ixtisaslı həkim müayinəsi üçün iş günü həddi:Hədd müəyyən edilmirTətbiq edilən tarifin 15%-i həcmində
Sığorta olunan hesab edilməyən şəxslərə cərrahi prosedur və əməliyyatlar üçün təqvim ayı həddi:Hədd müəyyən edilmirTətbiq edilən tarifin 30%-i həcmində
Həkim-stomatoloq ixtisası üzrə çalışan həkimlərHəkim üçün təqvim ayı həddi:Hədd müəyyən edilmirTətbiq edilən tarifin 60%-i həcmində, lakin göstərilən xidmətə sərf olunan tibbi ləvazimat xərci çıxıldıqdan sonra
Struktur bölmə rəhbəri vəzifəsində çalışan həkimlərMüvafiq tibbi xidmətlərin göstərilməsi nəticəsində verilən arayışlara (obliqat qrupların dövri tibbi müayinələri üzrə verilən arayışlar istisna olmaqla) və tibbi çıxarışlara görə hər həkim üçün təqvim ayı həddi:Hədd müəyyən olunmurTətbiq edilən tarifin 5%-i həcmində
Ultrasəs müayinə üzrə çalışan həkimlərHəkim üçün iş günü üzrə hədd:22 nəfər sığortaolunandan yuxarı olmamaq şərtilə diaqnostik müayinənin aparılmasıTətbiq edilən tarifin 8%-i həcmində
EEQ (Elektroensefaloqrafiya), EMQ (Elektromioqrafiya) və endoskopik müayinə ixtisasları üzrə çalışan həkimlərHəkim üçün iş günü üzrə hədd:10 nəfər sığortaolunandan yuxarı olmamaq şərtilə diaqnostik müayinənin aparılmasıTətbiq edilən tarifin 10%-i həcmində
MRT (Maqnit rezonans tomoqrafiya), müayinəsi üzrə çalışan həkimlərHəkim üçün iş günü həddi:Hədd müəyyən olunmurTətbiq edilən tarifin 8%-i həcmində
KT (Kompyuter tomoqrafiya) üzrə çalışan həkimlərHəkim üçün iş günü həddi:Hədd müəyyən olunmurTətbiq edilən tarifin 10%-i həcmində
Rentgen, Mamoqrafiya və Flüoqrafiya müayinəsi üzrə çalışan həkimlərHəkim üçün iş günü həddi:35 nəfər sığortaolunandan yuxarı olmamaq şərtilə diaqnostik müayinənin aparılmasıTətbiq edilən tarifinRentgen və Mamoqrafiya müayinəsi üzrə 10%-i, Flüoqrafiya müayinəsi üzrə 14%-i həcmində
Həkim-kardioloq ixtisası üzrə çalışan həkimlərEKQ (elektrokardioqramma) çəkilişləri üzrə rəyin verilməsinə görə həkim üçün iş günü həddi:Hədd müəyyən olunmurTətbiq edilən tarifin 10%-i həcmində

Reanimasiya şöbəsində çalışan həkimlər üçün hər gecə növbəsi üçün 30 manat, gecə növbəsi zamanı tibbi xidmət göstərilən hər pasiyent üçün 5 manat məbləğində normativlərlə bağlı əlavələr verilir.

Təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (bölmələrinin) rəhbərlərinin, həkimlərinin və dispetçerlərinin aylıq vəzifə (tarif) maaşlarına əməyin ödənilməsi dərəcələrinə uyğun olaraq sabit həvəsləndirici əlavələr verilir.

Sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə bir qrup səhiyyə işçisinə hər ay vəzifə (tarif) maaşının 15 faizi, xüsusilə təhlükəli və xüsusilə ağır olan əmək şəraitinə görə hər ay vəzifə (tarif) maaşının 20 faizi, insanın immunçatışmazlığı sindromu və ya insanın immunçatışmazlığı virusu ilə əlaqəli əmək şəraitinə görə isə hər ay vəzifə (tarif) maaşının 60 faizi miqdarında əlavə haqq verilir.

Kənd və qəsəbələrdə yaşayış yerindən uzaq məsafədə çalışan və sabit həvəsləndirici əlavələr ödənilən həkimlərə eyni zamanda sabit əlavələr də ödənilir.

Tibb müəssisələrinin bilavasitə cərrahlıq, reanimasiya, mamalıq, ginekologiya və təcili yardım sahələrində (bölmə, şöbə, stansiya, kabinet və s.) gecə işlərinə cəlb edilən həkimlərə gecə vaxtında yerinə yetirilən işin hər saatına görə saatlıq vəzifə (tarif) maaşının 50 faizi (təcili yardım sahəsinə münasibətdə həmçinin Qaydanın 17.4-cü bəndində göstərilən sabit həvəsləndirici əlavələrin 35 faizi miqdarında), digər işçilərinə isə vəzifə (tarif) maaşının 35 faizi miqdarında əlavə haqq ödənilir.

Qayda ilə daha ətraflı buradan tanış ola bilərsiniz.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir