Həkimdən açıqlama: "İnfarkt olan şəxsi tərpətmək olmaz" fikri yalnışdır
Həkimlər Müsahibələr Redaktorun Seçimi

Həkimdən açıqlama: “İnfarkt olan şəxsi tərpətmək olmaz” fikri yalnışdır

Ürək-damar və təzyiq xəstələri üçün yaz və payız ayları sağlamlıq üçün təhlükəli hesab edilə bilər. Buna səbəb isə havanın temperaturunun, təzyiqin tez-tez dəyişməsidir. Orqanzimin dəyişkən hava şəraitinə adaptasiya olunması üçün bir müddət vaxt tələb olunur.

Ürək-damar və təzyiq xəstələri risk altında olduqları üçün sağlam insanlardan fərqli olaraq gündəlik həyat və iş fəaliyyətlərində bır sıra nüanslara diqqət yetirməlidirlər.   

İnvaziv kardiloq Rasim Məhərrəmov 1Arada.az saytına mövzu ilə bağlı bəzi məqamlara aydınlıq gətirdi:  

“İnfarkt vuran adamı tərpətmək olmaz fikri tamamilə yalnışdır”

Əvəllər Sovet dövründə hələ invaziv kardiologiyanın mövcud olmadığı vaxtlarda belə bir yalnış fikir formalaşmışdı ki, infarkt keçirən insanı tərpətmək olmaz. İnfarkt ürək damarının mənfəzinin trombla tutlması deməkdir. O dövrdə infarkt keçirən xəstələrə damarın açılması məqsədilə vena daxilinə trombolitiklər, yəni tromb əridən dərmanlar yeridilirdi.  Məhz bu səbəbdən də bu cür müalicənin aparıldığı müddətdə xəstənin tərpənməsinə və hərəkət etməsinə icazə verilmirdir. İnfarkt baş verərkən hüceyrələrin qanla təchizatı, buna bağlı olaraq da oksigen təminatı pozulur deyə hüceyrələr məhv olmağa başlayırlar.  İnsan hərəkət etdikcə bu proses daha da sürətlənir. Xəstəni hərəkət etdirməməyin əsas səbəbi də ölməkdə olan ürək əzələsinin hüceyrələrinin hərəkət nəticəsində daha da nekrozlaşmasının qarşısını almaqdır.

Amma bu metod artq keçmişdə qalıb və daha özünü doğrultmur. İnfarkt keçirən insan təcili olaraq həkimə çatdırılaraq koronar angioqrafiya(ürəyi qidalandıran arteriyaların müayinəsi) edilməli  və ehtiyac olduğu təqdirdə stend qoyulmalı və ya əməliyyat edilməlidir.

İnfarkt keçirdiyindən şübhələnilən şəxs yaxşı olardı ki, təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya çatdırılsın. Şəxsin özünün avtomobil idarə etməsi  və digər iştimai nəqliyyat vasitələri ilə xəstəxanaya çatdırılması yolverilməzdir. Çünki bu xəstənin vəziyyətinin daha da pisləşməsinə və ya dünyasının dəyişməsinə gətirib çıxara bilər.  Xəstənin təhlükəsizliyi üçün bu çox vacibdir.

“Ürək-damar xəstələri özlərini soyuqdan qorumalıdırlar”

İnsanlarda belə bir fikir formalaşıb ki, isti havalarda günün alıtanda çox dayandıqda insanda infarkt və insult baş verə bilər. Bu fikir də səhvdir. Günün altında çox gəzdikdə insanda insult və ya infarkt yox günvurma yarana bilər. Bu hadisə ən sağlam insanın da başına gələ bilər. Əgər hər hansı bir şəxs infarkt keçirərsə, bunun səbəbinin əminliklə isti olmadığını söyləmək olar. Əksinə olaraq soyuq hava ürək-damar xəstələri üçün daha təhlükəlidir. Çünki bu cür havada infarkt olma risqi daha yüksəkdir. Soyuq hava vazokonstruksiya yaratdığı, yəni damarlar yığıldığı üçün, orqanzim özünü soyuqda isitmək məqsədilə ürək döyüntülərinin sayını, qanın sürətini artır və nəticədə də arterial təzyiq yüksəlir. Ürəyin üzərinə artıq yük düşdüyü üçün onun infarkt olma risqi də artır. Buna görə də ürək xətələri soyuq havalarda isti geyinməlidirlər. İnsan hətta -10 dərəcə şaxtaya düşüb elə geyinə bilər ki, onun ürək-damar sistemi üçün heç bir problem yaranmaz.

Bundan əlavə həmçinin də ürək-damar xəstələrinin yüksəkliyə yəni, yoxuşa çıxmaqları da məqsədəuyğun deyil. Çünki yüksəkliyə qalxdıqca ürəyin işi artır ki, bu da damar divarının yırtılaraq orda olan kirəcin damar mənfəzinə tökülməsinə səbəb ola bilər. Bu isə insanın elə ordaca infark keçirməsinə bərabərdir. Həmçinin təzyiq xəstələri də burada risq altndadırlar.  Çünki yoxuş qalxarkən təzyiq qalxır. Bu isə damarların partlamasına gətibi çıxara bilər.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir