Həkim məsləhəti- Karantin zamanı tez-tez cinsi əlaqədə olun
Hər Şeydən Bir Az

Həkim məsləhəti: Karantin zamanı tez-tez cinsi əlaqədə olun

Doktor və teleaparıcı Yevgeni Komarovski insanlar üçün uzun karantin müddətinin səbəb olacağı mənfi nəticələrdən danışıb.

 1Arada.az xəbər verir ki, ukraynalı həkim izolyasiyanın əsas təhlükələrini “Big Money” adlı “YouTube” kanalına müsahibə zamanı izah edib.

Onun sözlərinə görə, karantin zamanı insanların edə biləcəyi ən təhlükəli şey fiziki aktivliyi həyatlarından kənarlaşdırmaqdır. O, izləyiciləri əllərində olan hər hansı fəaliyyətlə məşğul olmağa, xüsusən də cinsi əlaqəyə tez-tez girməyə çağırıb.

“Evi təmizləyin – mümkün qədər hərəkət edin. Hər gün rəqs edin, mahnı oxuyun, əgər gücünüz varsa, gündə iki dəfə cinsi əlaqədə olun”, – deyə həkim məsləhət verib.

Yevgeni Komarovski həmçinin insanlara az yeməyi də tövsiyə edib: “Karantin əla fürsətdir ki, uşaqlarla və yaşlı qohumlarla ünsiyyət qurulsun. 30 ildir birlikdə yaşayan analarınız və atalarınız artıq çox danışıblar. Birlikdə olmaq onlar üçün çox çətindir. Yemək yeyərkən televizoru yandırmayın və ailənizlə nahar vaxtı da ünsiyyət qurun”. ( BAKU.WS )

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir