Gündə ən az 8 dəfə qucaqlaşın: 10 səbəb
Maraqlı Məlumatlar

Gündə ən az 8 dəfə qucaqlaşın: 10 səbəb

Qucaqlaşmaq orqanizm üçün çox faydalıdır. Araşdırma göstərir ki, qucaqlaşmaq və gülmək orqanizmə xəstəliklərlə, təklik hissi, depresiya, həyəcan və stresslə mübarizədə çox kömək edir.  

Möhkəm qucaqlaşmaq sizə aşağıdakı hallarda kömək olacaq:

  1. İki bədənin bir birinə toxunması zamanı münasibətlərə inam və təhlükəsizlik hissi əlavə olunur.
  2. Qucaqlaşarkən orqanizmdə olan okitosin hormonunun səviyyəsi artır. Bu zaman insanda tənhalıq, kin və məsuliyyətsizlik hissləri aradan qalxır.
  3. Kimləsə uzun müddət qucaqlaşaraq orqanziminizdə olan serotoninin səviyyəsini qaldırırsınız ki, bu da əhval-ruhiyyəni artıraraq sizi xoşbəxt edir.
  4. Qucaqlaşmaq immun sistemini gücləndirir. Qarına və döş nahiyəsinə edilən yüngül təzyiq insanın emosiyalarını artırır.  Bu zaman çəngələbənzər vəzi stimullaşdırır ki, bu vəz orqanizmdə əmələ gələn leykositlərin yaranmasını təmin edərək immuniteti artırır.
  5. Qucaqlaşmaq özünə güvən hissini artırır. Əsasən də kiçik yaşlarımızdan ailəmizin bizə verdiyi güvən hissi  həyatımızın sonuna kimi bizimlə qalır. Bu hiss valideynlərimizin bizi qucaqlaması ilə sinir sistemində yaranan taktil dəyişikliklərə bağlıdır.  Bir sözlə sevginizi sözlərlə yox qucaqlaşmaqla bildirin.
  6.  Qucaqlaşmaq əzələləri rahatlaşdırır. Buna bağlı olaraq da bədənimizdəki ağrı azalır. Həmçinin də bu yumşaq toxumalardakı qan dövranını da yaxşılaşırır.
  7. Qucaqlaşmaq sinir sistemini balanslaşdırır. Qacaqlaşarkən dəridə yaranan dəyişikliklər parasimpatik sinirlərin yaxşı işləməsini təmin edir.
  8. Qucaqlaşarkən nələrisə paylaşmağı öyrənirik. Çünki qucaqlaşma zamanı digər bədənin istiliyini alıb öz bədənimizin istiliyini veririk.
  9. Qucaqlaşma meditasiya və gülüşü xatırladır. Onlar bizə problemlərinizi unudaraq indiki zamanı yaşamağı öyərdir.
  10. Qucaqlaşan insanlar arasındakı enerji mübadiləsi münasibətlərin, qarşılıqlı anlaşmanın möhkəmlənməsini təmin edir. Bir sözlə qucaqlaşmaq hər tərəfli olaraq insana xeyirdir. Odur ki,gün ərzində ən az 8 dəfə qucaqlaşın.
1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir